Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Sergey Murtuzəliyev Murtuzəli oğlu

Sergey Murtuzəliyev Murtuzəli oğlu
Sakura

DOĞUM TARİXİ: 17/11/1963 VƏFAT TARİXİ: 30/08/1993

1963-cü il noyabrın 17-də Bakının Pirallahı qəsəbəsində dünyaya göz açmışdır. Uşaqlıqdan arzusu təyyarəçi olmaq idi. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olmuşdur. Buranı müvəffəqiyyətlə başa vurduqdan sonra, təhsilini Yeysk Ali Hərbi Aviasiya Məktəbində davam etdirmişdir.

O, bir müddət Rusiyada işləmişdir. Sonra Kürdəmirə gələrək, hərbi aviasiya alayında xidmət etməyə başlamışdır. Polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdir.

Rus hərbçiləri gedəndən sonra köhnə təyyarələri özü təmir edirdi. Elə o vaxtdan da bu təyyarələrdə uçmağa başladı.

Qəlbi hər an Vətən üçün doyünürdü. Qarabağa ilk uçuş edənlərdən biri də Sergey oldu. Qısa müddətdə ad-san çıxardı. Onun igidliyi dillərdə gəzirdi. Döyüş bölgələrinə əməliyyata gedəndə ölüm barədə fikirləşmirdi. Adətən havaya qalxanda, təyyarəni əvvəlcə göydə oynadır, sonra istiqamət götürürdü. Hamı onun Sergey olduğunu bilirdi.

Onun təyyarəsi erməni yaraqlıları tərəfindən iki dəfə vurulmuşdu. O, məharətlə təyyarəni yerə endirmiş, özü də salamat qalmışdı. Sergey dəfələrlə Qarabağa uçuşlar etmiş, əhalinin təhlükəsiz yerə çıxarılmasında böyük rəşadət göstərmişdir.

30 avqust 1993-cü il... Təlim uçuşu... O, kursantlara təyyarənin sirlərini öyrədərkən maşını qəzaya uğradı. O, xidmət etdiyi hissədə böyük hörmət qazanmışdı. Hər dəfə uçuşa gedəndə, dostları onun yolunu həsrətlə gözləyirdilər. Sergeyin düşmənə vurduğu zərbələrin hər biri bir qəhrəmanlıq idi. Onun adı bir əfsanəyə çevrilmişdi.

Evli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə polkovnik-leytenant Murtuzəliyev Sergey Murtuzəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sergey Dərbənd şəhərinin Darğuş kəndində dəfn edilmişdir. Kürdəmir Hərbi Aviasiya alayında onun büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR