Slimfit
  1. MƏDƏNİYYƏT

Şəkili sənətkar: “ABAD”la əməkdaşlıq nəticəsində biznesimi genişləndirmək üçün yaxşı imkan yaranıb

Şəkili sənətkar: “ABAD”la əməkdaşlıq nəticəsində biznesimi genişləndirmək üçün yaxşı imkan yaranıb
Sakura

Şəkili sənətkar: “ABAD”la əməkdaşlıq nəticəsində biznesimi genişləndirmək üçün yaxşı imkan yaranıb

Şəkili sənətkar, milli musiqi alətləri ustası Mahir Vələdov iki ildən çoxdur ki, “ABAD”la əməkdaşlıq edir. O, sənətkarlar diyarı kimi tanınan Şəkinin ilk “ABAD”çılarındandır. Şəki şəhərinin qoruq ərazisində yerləşən “Sənətkarlar evi”ndə fəaliyyət göstərən Mahir ustanın ağacdan hazırladığı suvenirlər, kiçik ölçülü milli musiqi alətlərindən ibarət kompozisiyalar Şəkiyə gələn yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.

Mahir Vələdov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “ABAD”la əməkdaşlığın onun ailə büdcəsinin formalaşmasına böyük təsir göstərdiyini deyib: “Əvvəllər hazırladığım əl işlərini, suvenirləri yalnız Şəki şəhərinə gələn turistlərə sata bilirdim. “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulduqdan sonra isə hazırladığım suvenirlər artıq paytaxtın sənətkarlıq mərkəzlərində də satılır. Öz biznesimi genişləndirmək üçün yaxşı imkan yaranıb. Əsasən, milli musiqi alətlərimizdən olan tar, kamança, qaval, saz, tütək, nağara, muğam üçlüyü kompozisiyası və digər suvenirlər hazırlayıram. Bu əl işlərinin qiyməti 3 manatdan 18 manatadəkdir. “ABAD”ın özü də mənə müxtəlif ideyalar verir, eskizlər göndərir. Məsələn, onların sifarişi ilə hazırladığım “Neft buruqları” suvenirləri 18 manata satılır”.

Şəkili sənətkar deyib ki, “ABAD”la əməkdaşlıq sayəsində hər ay satışdan asılı olaraq, ailə büdcəsinə 200 manatdan 500-600 manatadək əlavə gəlir daxil olur. Ümumiyyətlə, Vələdovlar ailəsi indiyədək “ABAD”ın vasitəçiliyi ilə 5 min manatdan çox gəlir əldə ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR