Şəhid ailələrinə edilən güzəştlərlə bağlı qanunda dəyişiklik
Baş Nazir Novruz Məmmədov “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi haqqında qərarda dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki,Xüsusi Dövlət Mühafizə Xidmətinin təklifinə əsasən qərarın 1.2.6-cı yarımbəndə “daxili işlər,” sözlərindən sonra “xüsusi dövlət mühafizə” sözləri əlavə edilib. Həmçinin 2. 4.1-ci bəndin üçüncü abzasına “Dövlət Sərhəd Xidmətinin” sözlərindən sonra “, Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri və dördüncü abzasına “Dövlət Sərhəd Xidməti” sözlərindən sonra “, Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilib.
Beləliklə, qərara əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət