Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Dilbəra, ol ay yüzün xyrşidi-tabandır mana

Şah İsmayıl Xətai - Dilbəra, ol ay yüzün xyrşidi-tabandır mana
Sakura

Şah İsmayıl Xətai - Dilbəra, ol ay yüzün xyrşidi-tabandır mana

 Dilbǝra, ol ay yüzün xyrşidi-tabandır mana, 
Bağçan içindǝn axan su, abi-heyvandır mana. 

Mǝscidǝ varmaq nǝ hacǝt, dedim, ey zahid, mana, 
Ruy ilǝ zülfi anın, küfrilǝ imandır mana. 

Müddǝilǝr tǝnǝsindǝn sanmanız kim, mǝn dönǝm, 
Ol mǝnim canım içindǝ cani-canandır mana. 

Mǝn sǝninlǝ söylǝşǝndǝ gǝr zimistan, gǝr bahar, 
Hǝr nǝ çağ görsǝm sǝni, alǝm gülüstandır mana.

Ey Xǝtai, çün sǝnǝ hǝqdǝn nǝzǝrdir hǝr zaman, 
Eşqin ilǝ bu hǝyatım baği-rizvandır mana.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR