Dərc edildi: Baxış sayı: 469
Rusiya fəzaya idarəolunan raket buraxılışlarını dayandırır
Rusiya fəzaya idarəolunan raket buraxılışlarını müvəqqəti dayandırır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb bu gün Beynəlxalq Kosmik Stansiyaya yeni heyət aparan “Soyuz” daşıyıcı raketinin qəzaya uğramasıdır.
Rusiya Baş nazirinin müavini Yuri Borisov təhlükəsizliyi təmin etmək üçün bütün məsələləri araşdıracaqlarını və bu məsələnin xüsusi nəzarətə götürüldüyünü qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət