Slimfit
  1. AZƏRBAYCAN

Rumıniyada yaşayan soydaşımız partiya rəhbərliyinə iddialıdır

Rumıniyada yaşayan soydaşımız partiya rəhbərliyinə iddialıdır
Sakura

Rumıniyada yaşayan soydaşımız partiya rəhbərliyinə iddialıdır

“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı Rumıniyada partiya rəhbərliyinə iddialıdır.

Bu barədə Cebhe.info-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib: 

“Xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı, yaşadıqları cəmiyyətə inteqrasiya etməsi günün vacib tələblərindəndir. Artıq xaricdə yaşayan bəzi soydaşlarımız var ki, onların ictimai-siyasi fəaliyyətləri diqqəti cəlb edir və daim qürurla izlənir. Belə soydaşlarımızdan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı, “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Sosial Media Qrupunun aktiv üzvü, 20 ilə yaxındır Rumıniyada yaşayan soydaşımız Kamran Allahverdiyevdir”.

V.Vahidqızının sözlərinə görə, K.Allahverdiyev Rumıniyada yaşasa da, öz doğma dilində, eləcə də türk, ingilis, alman və rumın dillərində sərbəst danışa bilir: 

“Gənc olmasına baxmayaraq Rumıniyada aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olur, siyasət adamları ilə görüşür, müzakirələr aparır və bir sıra layihələrdə onlarla əməkdaşlıq edir. Bu günlərdə isə gənc soydaşımızla bağlı daha bir xoş xəbər aldıq.

Belə ki, Rumıniyada hazırda iqtidarda olan PNL (liberal milli partiya) Cluj-Napoca şəhərində toplantı keçirib. Rumıniya siyasətinin tanınmış simalarının, millət vəkillərinin, Avropa Parlamentinin üzvlərinin qatıldığı toplantıda ölkənin aparıcı təşkilatlarından birinə rəhbərlik etmək üçün Kamran Allahverdiyevin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Cluj-Napoca Rumıniyanın tələbələr şəhəri kimi tanınır. Burada demək olar ki, bütün ölkələrdən olan tələbələrə rast gəlmək mümkündür. Seçkilərin bu ayın sonunda keçiriləcəyi planlaşdırılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR