Dərc edildi: Baxış sayı: 839
Rafael Ağayev və Hacı Əliyev Tıva prezidentinin ad günündə
Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev və güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev Rusiya Federasiyası Tıva Respublikasının prezidenti Şolban Kara-oolun ad günündə iştirak edib.
Oxu.Az-ın xəbərinə görə, prezident onları şəxsən öz təyyarəsi ilə Moskvadan götürərək Tıvanın paytaxtı Kızıla gətirib.
İdmançılar muxtar respublika prezidentinin 53 yaşını təyyarədə qeyd ediblər.
Qeyd edək ki, Şolban Kara-ool keçmiş karateçi olub. İdmançılarımızla tanışlıq isə müstəqil Azərbaycanın ilk karate çempionu İlyas Xəlilov vasitəsilə baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət