Dərc edildi: Baxış sayı: 589
Qonşudakı tutuquşunun kömək çağırmasını polisə xəbər verdi
ABŞ-ın Florida ştatında qadın qonşuluqdakı tutuquşuna kömək məqsədilə polisə zəng vurub. Palm-Biç rayonunun sakini quşun dəfələrlə “buraxın məni” dediyini eşidib.
Bizimyol.info xəbər verir ki, polis hadisə yerinə gəlib. Ev sahibinin həyətdə avtomobilini təmir etdiyini görüb. İçəri daxil olanda isə tutuquşunun qaydasında olduqlarını görüblər. Ev sahibi bildirib ki, Rembo çoxdandır bu ifadəniu öyrənib. Tutuquşu hər imkan düşdükcə kimisə köməyə çağırır.
Keçən ilin noyabrında Niderlandın Utrext şəhərində tutuquşu sahibi ilə oğurluğa getmişdi. Hər ikisini hadisə yerində yaxalamışdılar. Sonradan qəfəs olmadığına görə tutuquşunu sahibi ilə eyni kameraya yerləşdirmişdilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət