Tamaşadan sora maraqlı görüş olub
Tamaşadan sora maraqlı görüş olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında Teatr sənəti fakültəsinin tələbələrinin kurs işi olan “Qodonun intizarında” tamaşası nümayiş olunub.
AzNews.az-ın verdiyi xəbərə görə, absurd dramaturgiyanın parlaq nümayəndəsi Samuel Bekketin eyniadlı əsəri əsasında hazırlanan tamaşada Dram rejissoru ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Mir Qabil Əkbərov (Vladimir), Ümid Abbas (Estraqon), Əlisahib Cəlilov (Poçço) və Pərvin Dadaşova(Lakki) çıxış edirlər. Kursun rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
Tamaşadan sonra ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Teatr sənəti fakültəsinin dekanı dosent Ellada Hüseynova, Dram rejissoru kafedrasının müdiri dosent Sevda Teymurova, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət