
Dərc edildi: Baxış sayı: 199
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Ens.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət