Slimfit
  1. MƏDƏNİYYƏT

“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib

“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
Sakura

“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının təsis edilməsinin 25-ci ildönümü münasibətilə Belçikada Azərbaycan muğamı günləri çərçivəsində iyunun 20-dən 23-dək Brüssel, Vaterlo və Gent şəhərlərində Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupunun silsilə konsertləri keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertlər Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Belçikadakı səfirliyimiz tərəfindən reallaşıb.

İyunun 20-də Brüsselin ən gözəl konsert saraylarından olan və hər gün yüzlərlə şəxsin ziyarət etdiyi Musiqi Alətləri Muzeyinin konsert zalında baş tutmuş ilk konsertdə Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Belçika dövlət qurumları və Avropa İttifaqı institutlarının, eləcə də şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.

Belçikadakı səfirimiz, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş UNESKO ilə əməkdaşlığımızın sürətli inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətini xüsusi vurğulayıb.

Növbəti konsert ənənəvi Musiqi Bayramı Festivalı çərçivəsində Vaterlo şəhərinin meriyası ilə birgə iyunun 22-də Vaterlo şəhərində keçirilib. Avropanın tarixində önəmli yer tutan və görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin ucaldığı bu şəhərin sakinlərinin qatıldığı konsert yerli ictimaiyyətdə geniş maraq doğurub, “Qarabağ” qrupu Musiqi Festivalı çərçivəsində dünya mədəniyyətini təmsil edən yeganə kollektiv olub.

Belçikada Muğam Günləri çərçivəsində sonuncu konsert bu ölkənin tarixi irs abidələri sırasında önəmli yer tutan və inşası X əsrə təsadüf edən Müqəddəs Bavo Monastrında keçirilib. Gent şəhəri bələdiyyəsi və “De Centrale” Mədəniyyətlərarası Musiqi Mərkəzi tərəfindən birgə təşkil olunmuş konsert şəhər ictimaiyyətində geniş maraq doğurub və Azərbaycanın zəngin mədəniyyətin təbliğinə töhfə verib.

Konsertlər yerli mətbuat tərəfindən işıqlandırılıb, sosial şəbəkələrdə minlərlə insanın qoşulduğu hesablar vasitəsilə canlı yayımlanıb.

Hər 3 konsertdə Xalq artisti Mənsum İbrahimovun, eləcə də Əməkdar artist Elçin Həşimovun, Əməkdar artist Elnur Əhmədovun və Əməkdar artist Kamran Kərimovun nümayiş etdirdikləri ən yüksək ifaçılıq məharəti, təqdim etdikləri Azərbaycan muğamları və xalq havaları tamaşaçılar tərəfindən dərin rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR