Saç feni və ütü ən yaxşı seçim deyil.
Ens.az xəbər verir ki, təsadüfən kağız pullarınız paltarlarınızla birgə yuyulubsa və ya yağışdan nəm çəkibsə onları qurutmaq asandır. Ən sadə variant onları ev isidən batareyanın üstünə sərməkdir. Ancaq islanmış əskinas çoxdursa və ya batareyalar sadəcə soyuqdursa, başqa bir etibarlı yol var.
Əskinasları səliqə ilə düzləşdirin və onları nəm çəkən kağız dəsmalların üzərinə qoyun. Üstünə başqa bir nəm çəkən dəsmal da qoyun və pulu təmiz, hava dövr edən bir otaqda saxlayın. Bu cür dəsmal yoxdursa, salfetdən istifadə edə bilərsiniz.
Pulu qeyd olunan şəkildə masanın üstündə qoymaq istəmirsinizsə, iki boş ağ kağız vərəqin arasında qalın kitabın içərisinə yerləşdirmək olar. Belədə, həm onların nəmi çəkiləcək, həm də sıxıldığı üçün düzləşəcək.
Qurutma üçün saç feni və ütü istifadə etmək tövsiyə edilmir, çünki yüksək temperatur mürəkkəbin rənginin dəyişilməsinə və pulun zədələnməsinə səbəb ola bilər.
Yalnız minimum güc rejimində saç ütüsündən qurumuş əskinasların düzləşdirilməsi üçün stifadə edə bilərsiniz. Bu halda onları cırmamaq üçün son dərəcə diqqətli olmalısınız.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət