Dərc edildi: Baxış sayı: 212
Prezident İlham Əliyev: "Şuşa Bəyannaməsi tarixi anlaşmadır"
"Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır".
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
İki gündən sonra Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün qeyd olunacağını bildirən dövlətimizin başçısı deyib: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət