Polis idarəsində din xadimləri ilə görüş olub
Xəzər rayonu ərazisində fəaliyyət göstərən məscid və ziyarətgahların rəhbərləri ilə görüş olub.
"Qafqazinfo"ya Rayon Polis İdarəsindən daxil olan məlumata görə, din xadimləri ilə dini fəaliyyətlə bağlı mövcüd qanunvericiliyin tələblərinə uyğun izahedici söhbət aparılıb.
Onların nəzərinə dini mərasimlər zamanı radikalizm və ekstremizm mövzusunda təbliğatın aparılmasının, məscidlərə məhərrəmlik mərasimlərində istifadə olunan əşyaların gətirilməsinin, zəncirvurma, sinəvurma, baş yaralama və digər özünə xəsarət yetirmə hallarının, xüsusilə yetkinlik yaşına çatmayanların həmin mərasimdə iştiraklarının yolverilməzliyi çatdırılıb.
Həmçinin din xadimlərinə tövsiyə olunub ki, radikal dini fəaliyyətin qarşısının alınması və profilaktikası üçün mütəmadi izahedici iş aparsınlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət