Dərc edildi: Baxış sayı: 1020
Pərvin Etisami - Nə gördün
Ey gül, bağ ara təhlükədən qeyri, nə gördün?
Neştər kimi sözdən, ləkədən qeyri, nə gördün?
Bəsdir bu qədər parladın ulduz kimi, ey ləl.
Yoxdur olanın, səksəkədən qeyri, nə gördün?
Düşdün çəmənə, leyk nəsibin qəfəs oldu,
Ey quş, burada mərəkədən qeyri nə gördün?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət