Slimfit
  1. MARAQLI

“People” dünyanın ən gözəl insanlarını seçib

“People” dünyanın ən gözəl insanlarını seçib
Sakura

“People” dünyanın ən gözəl insanlarını seçib

“People” jurnalı dünyanın ən gözəl insanlarının siyahısını tərtib edib. Bu siyahıda lider, xüsusilə jurnalın üzqabığını bəzəyən səhnədə “Pink” kimi tanınan məşhur müğənni Alişa Bet Mur olub.

Üz qabığında yer alan şəkildə müğənni iki uşağı ilə poza verib. “O, bir estrada ulduzu və bir “Grammy” mükafatının qalibi ola bilər, ancaq “gözəl buraxılışımız”ın ulduzu etiraf edir ki, söhbət analıqdan gedəndə o, tələsməməyi üstün tutur”. Həmin buraxılışda müğənni ilə müsahibə də verilib.

 

Aprelin 20-də artıq qəzet-jurnal köşklərinə satışa çıxmalı olan “People” jurnalında, həmçinin aktrisa Yara Şahidi və “Vampirin gündəliyi”ndən Nina Dobrevlə də müsahibə verilib.

Qeyd edək ki, ümumilikdə, gözəl insanların reytinqinə 70-dən çox qadın və 5 kişi daxil edilib. Onların arasında şahzadə Harrinin nişanlısı Meqan Markl, aktrisa Qal Qadot, reper Dreyk və tennisçi Serena Uilyams da var. Daha əvvəl siyahı “Ən gözəl qadın” adlandırılırdı.

Mənbə: Bizimyolinfo.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR