Dərc edildi: Baxış sayı: 883
“PASHA Holding” yeni şirkət yaradıb
"Paşa Holdinq" yeni otel şirkəti təsis edib.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, “Baku Hospitality Company” MMC avqustun 17-də qeydiyyata alınıb. Şirkətin direktoru “Paşa Holdinq”ə məxsus ən azı dörd mehmanxana şirkətinin icraçı direktoru Səidə Baxşiyevadır.
“Baku Hospitality Company”nin nizamnamə kapitalı 1000 manat təşkil edir.
Yeni otel şirkətinin hüquqi ünvanı isə Port Baku Towers göstərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət