Slimfit
  1. AZƏRBAYCAN

Ötən gecə Bakıda işıqların sönməsilə bağlı açıqlama

Ötən gecə Bakıda işıqların sönməsilə bağlı açıqlama
Sakura

Ötən gecə Bakıda işıqların sönməsilə bağlı açıqlama

Ötən gün axşam saatlarında Bakının Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarında elektrik enerjisinin verilişi kəsilib.

BAKU.WS
 xəbər verir ki, bu səbəbdən həmin rayonda yaşayan sakinlər narahat olublar. Sosial şəbəkələrdə isə guya bütün Bakıda işıqların kəsilməsi ilə bağlı söhbətlər yayılmağa başlayıb.

Hadisə isə "Azərişıq" ASC-dən asılı olmayan səbəbdən baş verib. Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda paytaxtın bütün istiqamətlərində işıqların verilməsi tam bərpa olunub.

“Hadisə baş verən kimi problem yaranmış ərazilərə əməkdaşlarımız cəlb olunub. Qısa vaxt ərzində "Azərişığ"ın daxili şəbəkələri hesabına işığın verilməsi təmin edilib”, - deyə Tanrıverdi Mustafayev bildirib.

Ziya SƏCCAD

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR