Slimfit
  1. İDMAN

On iki yaşlı hindistanlı şahmatçı dünyanın ikinci ən gənc qrossmeysteri adını qazanıb

On iki yaşlı hindistanlı şahmatçı dünyanın ikinci ən gənc qrossmeysteri adını qazanıb
Sakura

Hindistanda keçirilən ənənəvi “Delhi Open” yarışında tarixi nəticə qeydə alınıb

Hindistanda keçirilən ənənəvi “Delhi Open” yarışında tarixi nəticə qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən hindistanlı gənc Tamil Nadus D Qukeş yarışın sonuna bir tur qalmış qrossmeyster adını qazanıb. O bu nəticəni 12 yaş 7 ay 17 günlüyündə göstərib. Qukeş bu göstərici ilə dünya şahmat tarixində ikinci ən gənc qrossmeysterdir. Dünyanın ən gənc qrossmeyster adını isə hələ də rusiyalı Sergey Karyakin daşıyır. Karyakin 12 yaş 7 aylığında qrossmeyster adını qazanıb. Üçüncü yerdə isə ötən ilin sonunda 12 yaş 10 ayında qrossmeyster adını qazanmış özbək Cavohir Sindarov qərarlaşıb.

Qeyd edək ki, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen qrossmeyster adına 13 yaş 4 ay 27 günlüyündə sahib olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR