Dərc edildi: Baxış sayı: 880
Novruz Məmmədov Baş nazir vəzifəsindən azad edilməsi üçün Prezidentə müraciət edib
Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi üçün Prezident İlham Əliyevə ərizə ilə müraciət edib.
Spiker N.Məmmədova can sağlığı arzulayıb.
Qeyd edək ki, Ə.Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir. Buna qədər isə Baş nazir Novruz Məmmədov idi.
N.Məmmədov bu vəzifəyə 2018-ci ilin aprel ayında keçirilən seçkilərdən sonra təyin olunmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət