Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib

Nazirlik "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib
Sakura

Nazirlik "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, təhlükəli hidrometroloji hadisələr müəyyən kateqoriyaya bölünür: "Təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşırsa və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, "ifrat təhlükəli hidrometreoloji hadisə" kateqoriyasına aid olan proses hesab edilir. Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı müvafiq təşkilatlara çatdıraq".

U.Tağıyeva qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələr 2 kateqoriyaya bölünür:

"Təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisə kateqoriyaları olur. Dünən ölkə ərazisində hökm sürən hava şəraiti xüsusi təhlükəli sayılır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR