Slimfit
  1. MƏDƏNİYYƏT

Nazir: 'Telefon zəngləri konsertdə xoş duyğular almağa mane olur'

Nazir: 'Telefon zəngləri konsertdə xoş duyğular almağa mane olur'
Sakura

Nazir: 'Telefon zəngləri konsertdə xoş duyğular almağa mane olur'

"Son zamanlar aparılan təhlillər onu deməyə əsas verir ki, vaxtı ilə bizim konsertlərdə, tədbirlərdə telefon zənglərinin sayı çox idi. Ancaq indi bu zəng səslərinin sayı azalıb, insanlar öyrəşiblər ki, telefonu söndürmək və ya səsini azaltmaq lazımdır. Xırda nüanslardan başlamaq lazımdır".

"Report" xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər mədəni tədbirə gəliş insanlar üçün mənəvi bayrama çevrilməlidir: "Səhnədə çıxış edən insan həssaslıqla auditoriyadan müsbət aura almaq istəyir. Telefon zəngləri və ya başqa nüanslar xoş duyğuları almağa mane olur. Ona görə də çalışmaq lazımdır ki, tədbirin gözəlliyini hiss edəsən".

Ə.Qarayev bəzi media nümayəndələrinə də çağırış edib. O qeyd edib ki, sensasiya xatirinə kimisə alçaltmaqla, haqqında pis fikir səsləndirməklə qonşu ölkəyə mövzu verilmiş olur: "Sənət insanları xalqımızın mənəviyyatı üçün çalışırlar. Misal olaraq, rəssamlar eyni çəkməlidir? Ancaq kimsə pisdir deməklə nə əldə olunur? Hər musiqiçi eyni ifa edir? Hər kəsin zövqü fərqlidir. Tənqid də peşəkarlığa əsaslanmalıdır. 

Daxili etik senzuranı dinləmək lazımdır. Kiminsə dediyini olduğu kimi yazmaqla iş bitdi demək olmaz. Bizi istəməyən qüvvələr bizi öz silahımızla vurmağa çalışırlar. Heykəllər, sərgilərdə nümayiş olunan böyük şəkillər, Azərbaycan musiqisi hamısı bizim sərvətimizdir. Tarixi abidələrimizi qorumasaq sanki öz doğma əcdadlarımıza hörmətsizlik etmiş oluruq". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR