Slimfit
  1. SİYASƏT

Nazir müavini: Sentyabrda Rusiya Xəzər konvensiyasını qəbul edəcək

Nazir müavini: Sentyabrda Rusiya Xəzər konvensiyasını qəbul edəcək
Sakura

Nazir müavini: Sentyabrda Rusiya Xəzər konvensiyasını qəbul edəcək

Xəzər dənizində yeni Trans-Xəzər layihələrinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığımızı davam etdirəcəyik. 

Oxu.Az xəbər verir ki, bu sözləri Xarici İşlər nazirinin müavini Xələf Xələfov “Caspian energy” forumunda çıxışı zamanı deyib.

O bildirib ki, sentyabrda Rusiya Dövlət Duması Xəzər konvensiyasını qəbul edəcək:

“Bildiyiniz kimi, Azərbaycan, Qazaxıstan və Türkmənistanın dünya okeanına çıxışı yoxdur. Lakin bu çıxış Rusiya və İran vasitəsilə mümkün ola bilər. Bu ölkələr də bu istiqamətdə öz tərəfdaşlıqlarını qonşu ölkələrə də təqdim etməkdə israrlıdırlar.

Ümumilikdə, bu məsələnin konvensiyada öz əksini tapması müsbət haldır. Çünki Xəzər dənizi üzrə danışıqlar artıq başa çatıb. Konvensiya üç ölkə tərəfindən ratifikasiya olunub.

Ümid edirik ki, sentyabr ayında Rusiya Dövlət Duması və Federasiya Şurası tərəfindən bu konvensiya öz təsdiqini tapacaq. Düşünürəm, artıq bundan sonra estafet İranda qalır. İnanıram ki, İran da öz rolunu lazımi istiqamətdə oynayacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR