Dərc edildi: Baxış sayı: 510
NASA aya qadın astronavt göndərəcək
ABŞ-ın kosmos agentliyi yeni ay missiyası olan "Artemida" proqramını elan edib. FaktXəbər "CBS News"a istinadən bildirir ki, bu proqramın bir hissəsi olaraq, NASA qarşıdakı beş il ərzində ilk dəfə təbii peyk üçün qadın astronavt göndərəcək.
Yeni missiya yunan ilahəsi Apollonun əkiz bacısının şərəfinə "Artemida" adlandırılıb.
NASA 2024-cü ilədək Aya ilk qadın kosmonavtını yerləşdirməyi planlaşdırıb. Bu proqramın icrası üçün Konqressə 21 milyard dollara əlavə olaraq 1,6 milyard dollarlıq büdcə əlavəsi təqdim edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət