Dərc edildi: Baxış sayı: 752
Mirzə Kazım Qazi - Ay afərin, gül oğlum
Ay afərin, gül oğlum,
Gül oğlum, bülbül oğlum,
Dərsin oxu rəvanla,
Sonra danış, gül, oğlum!
Gedirdim harda gördüm,
Guya divarda gördüm,
Evdə siçan çox idi,
Pişik evdə yox idi.
Siçan çıxdı divara,
Əynində xaki xara.
Birdən pişiyi gördü,
Döndü, baxdı, qurudu.
Siçanlar at çapırdı,
Pişik durub baxırdı...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət