Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Bir anlayan yoxsa

Mirkazim Nikbin - Bir anlayan yoxsa
Sakura

Mirkazim Nikbin - Bir anlayan yoxsa

Bir boşluq içində çaşıb qalmışam,
Ümüdim qalıbdır tək bir Allaha.
Özümdə bilmirəm hayana gedim,
Mən necə edim ki, çıxım sabaha.

Bu zülmət qaranlıq qorxutmur məni,
Təklikmiş insanın əsl düşməni,
Neynirəm gül açmış çölü çəməni,
Heç bir şey sağaltmaz yaramı daha.

Bir anlayan yoxsa belədir qayda,
Min min sevənində olsa nə fayda,
Həmdəmim olmadı verdiyin payda,
İlahi sən məni qoymusan tənha.

De nəyim var axı səndən savayı,
Çəkdiyim əziyyət boşmuş, havayı,
Dünyada hər kəsin axı var tayı,
Etdiyim üsyanı yazma günaha.

Tanıda bilmədim gözə özümü,
Görən əyri gördü hər vaxt düzümü,
Dünyada hər şeydən çəkib gözümü,
Bir eşq həsrətiylə düşdüm tamaha.

Könlümü duyan yox olmuşam bezar,
Hardasan aşkara çıx ey xilaskar,
Dünyada bir mənəm bir pərvərdigar,
Burda yer qalmayıb kədərə, aha.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR