Dərc edildi: Baxış sayı: 358
Maldiv adalarında keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib
Maldiv adalarında dünən keçirilən prezident seçkilərində müxalifətdən olan namizəd İbrahim Məhəmməd Solih qalib gəlib.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Mihaaru" yerli xəbər portalı yazıb.
Portalın məlumatına görə, İbrahim Məhəmməd Solih 58,4%, hazırkı Prezident Abdulla Yamin isə 41,6% səs toplayıb.
Səsvermədə 232 mindən çox insan iştirak edib, onlardan 134 mindən çoxu müxalifət liderinə səs verib.
İ.M.Solih Maldiv Birgə Müxalifət Koalisiyasını təmsil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət