Dərc edildi: Baxış sayı: 355
Magistraturaya elektron sənəd qəbulu başlayır
Sabah saat 11:00-dan ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesinə start verilir.
Ens.az Trend -ə istinadən xəbər verir ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat prosesi 31 iyul saat 18:00-da yekunlaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət