Dərc edildi: Baxış sayı: 533
Koronavirusun ilk aşkar olunduğu şəhərin ən məşhur turistik məkanı açılır
Koronavirusun dünyaya yayıldığı Uhan şəhərində ən məşhur turistik məkanlardan olan “Sarı Simurq qülləsi” bağlandıqdan 100 gün sonra qapılarını ziyarətçilərin üzünə açıb.
Bu barədə RT xəbər yayıb.
Hələ ki, turistlər obyektin müəyyən yerlərinə buraxılır. Onlar hamısı səhhətləri barədə məlumatın olduğu buraxılış vərəqəsi təqdim etməlidirlər.
Həmçinin, əraziyə daxil olarkən onların temperaturları yoxlanılır.
Son məlumatlara görə, Çində 82 862 nəfər koronavirusa yoluxub. Onlardan 4 633 nəfəri ölüb, 77 610 nəfəri isə sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət