Dərc edildi: Baxış sayı: 582
Koronavirusdan sağalan Dmitri Peskov evə buraxılıb
COVID-19-la bağlı xəstəxanaya yerləşdirilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov evə buraxılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
"Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm", - D.Peskov deyib.
Rusiya prezidentinin mətbuat katibi fəaliyyətini evdən davam etdirəcəyini bildirib.
Qeyd edək ki, D.Peskov mayın 12-də koronavirusa yoluxduğunu açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət