Dərc edildi: Baxış sayı: 430
Koronavirusa yoluxan rusiyalı məmur kosmosa qalxan astronavtlarla təmasda olub
Cari ilin aprelin doqquzu Baykonur kosmodromundan Beynəlxalq kosmik stansiyasının heyətinin yola salınmasında iştirak edən Rusiyanın idarə edilən proqramlarının baş konstruktoru Yevgeniy Mikrində koronavirus aşkar edilib.
“Gazeta.ru” xəbər verir ki, daha əvvəl “Roskosmos” Mikrinin Baykonura sağlam şəkildə gəldiyini bildirmişdi.
Lakin aprelin 19-u qurumun rəhbəri Dmitri Roqozin baş konstruktorun infeksiyaya yoluxduğunu etiraf edib.
Qeyd edək ki, aprelin doqquzu “Soyuz MS-16” kosmik gəmisi göyə qalxıb.
Raketdə iki rusiyalı astronavt – Anatoliy İvanişin və İvan Vaqner, həmçinin amerikalı Kristofer Kessidi olub.
Onlar kosmosda 196 gün keçirəcəklər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət