Dərc edildi: Baxış sayı: 561
KOBİA və AFFA arasında memorandum imzalanıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Avro-2020 oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.
"APA-Economics"in məlumatına görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov imzalayıblar.
İmzalanan sənədə uyğun olaraq yerli biznes üçün oyun zamanı fan-zonalarda qida və içki satışı, həmçinin daxili turizm xidmətlərinin göstərmələrinə imkan yaradılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət