Koreya Respublikasının Prezidenti Mun Çje İn KXDR lideri Kim Çen Inı dekabrın 12-14-də Seula səfərə…
Koreya Respublikasının Prezidenti Mun Çje İn KXDR lideri Kim Çen Inı dekabrın 12-14-də Seula səfərə dəvət edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Coson ilbo" qəzeti məlumat verib.
Prezident Administrasiyasının nümayəndələri dəfələrlə KXDR liderinin səfərinin tarixinin hələ razılaşdırılmadığını bildiriblər.
Buna baxmayaraq, nəşr səfərin artıq hazırlandığını və yalnız təhlükəsizlik baxımından onun təfərrüatlarının açıqlanmadığını yazıb.
Qeyd edək ki, sentyabrda Pxenyanda keçirilmiş 2018-ci ildəki üçüncü Koreya sammitində KXDR lideri yaxın vaxtlarda Cənubi Koreya paytaxtına səfər edəcəyinə dair söz verib. Ardından Cənubi Koreya Prezidenti Mun Çje İn səfərin 2018-ci ilin sonuna qədər baş tutacağını açıqlayıb.
Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.
Cavab yazmaqdan imtina et