Slimfit
  1. DÜNYA

Kanadada insan üzünün köçürülməsi əməliyyatı uğurlu sonluqla nəticələnib

Kanadada insan üzünün köçürülməsi əməliyyatı uğurlu sonluqla nəticələnib
Sakura

Kanadada insan üzünün köçürülməsi əməliyyatı uğurlu sonluqla nəticələnib

Monreal şəhərinin klinikalarının birində kanadalı cərrahlar insan üzünün köçürülməsi üzrə mürəkkəb əməliyyat keçiriblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 64 yaşlı pasiyent Moris Dejarden özünü yaxşı hiss edir, normal nəfəs ala, qidalana və danışa bilir.

2011-ci ildə ov zamanı faciəvi təsadüf nəticəsində güllə Dejardenin üzünə dəyərək hər iki çənə sümüyünü, dodaqlarını, burnunu və üz əzələlərini qoparmışdı. O, hadisədən sonra bir neçə əməliyyat keçirsə də, həkimlər üzün bütün zədələnmiş hissələrini bərpa edə bilməmişdilər. Nəhayət, uzun illərdən sonra donor tapmaq mümkün olub və may ayında üzün köçürülməsi əməliyyatı baş tutub.

Hazırlığında həkimlər, assistentlər və tibb bacıları da daxil olmaqla, 100-dən çox mütəxəssisin iştirak etdiyi 30 saat sürən əməliyyat uğurlu sonluqla nəticələnib. Əməliyyatdan sonrakı dörd ay ərzində həkimlər toxumaların uyğunlaşmasını və bunun

pasiyentin orqanizminə təsirini nəzarətdə saxlayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR