Slimfit
  1. DÜNYA

Kadırov ABŞ-dan sanksiyalarla bağlı xahiş etdi

Kadırov ABŞ-dan sanksiyalarla bağlı xahiş etdi
Sakura

Kadırov ABŞ-dan sanksiyalarla bağlı xahiş etdi

“Hər gün mənə qarşı minlərlə sanksiya tətbiq etsinlər”

Çeçenistanın rəhbəri Ramzan Kadırov ona qarşı ABŞ tərəfindən qoyulan sanksiyalardan danışıb. Kadırov bildirib ki, çeçenlərin hamısı ABŞ-ın sanksiya siyahısına daxil olmaq istəyindədirlər. AYNA-nın xəbərinə görə, Çeçenistan lideri bu haqda "Rossiya 1" telekanalındakı "Vesti" verilişinin efirində söyləyib.

"Məni görən çeçenlər deyirlər ki, əgər sizin və ailəniz ABŞ-ın sanksiyalar siyahısındadırsa, deməli biz də bu siyahıdayıq", - deyə Kadırov vurğulayıb.

O, nə özünün, nə də digər çeçenlərin sanksiyalarla qorxudula bilməyəcəyini qeyd edib: “Mən onlardan xahiş edirəm ki, hər gün mənə qarşı minlərlə sanksiya tətbiq etsinlər".

Qeyd edək ki, iyulun 20-də ABŞ Dövlət Departamenti Kadırovu, həyat yoldaşı və iki qızını “qara siyahı”ya salıb. Çeçenistan lideri respublikadakı insan hüquqlarının pozulmasında ittiham olunur. ABŞ Dövlət Katibi Mayk Pompeonun sözlərinə görə, Kadırov qanunsuz əməllərini əsaslandırmaq üçün COVID-19 pandemiyasından istifadə edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR