Slimfit
  1. MARAQLI

İsti havada kondisionersiz necə rahat yatmaq olar?

İsti havada kondisionersiz necə rahat yatmaq olar?
Sakura

İsti havada yatmaq çox çətindir: oqranizm qızır, biz rahat ola bilmirik. Əgər siz yata bilmirsinizsə…

Yataq otağının qapısını açın

Otağın sərinləməsi üçün havan dövr etməlidir. Buna görə də yatmazdan əvvəl yataq otağının qapısını açın. Ventilyatoru da qoşa bilərsiniz. Bu havanın hərəkətini təmin edir və tərləməyə imkan vermir.

Ağır yemək yeməyin

Bizim gün ərzində yediyimiz yuxunun keyfiyyətinə təsir edir. Buna görə də xüsusilə isti günlərdə çox ağır yemək yemək olmaz və yüngül yeməklər seçmək lazımdır ki, oqranizm yeyiləni həzm etmək üçün çox enerji sərf etməsin və əlavə enerji yığsın.

Mələfə və yorğan örtüklərini buzluqda saxlayın

Bunun üçün dəsmal, su ilə dolu butulka və ya yumşaq uşaq oyuncağı da yarayar. Məqsəd yatacağınız yeri sərinlətməkdir. Məs: mələfəni və ya yorğan örtüyünü azacıq isladın, sıxın və bir az buzluqda saxlayın. Parça sərin və bir az yaş olmalıdır, ancaq döşəyi isladacaq qədər yaş olmamalıdır.

Sərin duş qəbul edin

Rahat yatmaq üçün bədənin mərkəzi temperaturunu aşağı salmaq lazımdır. Bunun üçün uzun müddətli sərin duş və ya vanna qəbul edin. Bu proses zamanı siz gün ərzində yığılmış piy və tərdən qurtulacaqsınız, bu da dərinizə daha rahat nəfəs almağa imkan verəcək.

Yatmazdan bir sat əvvəl sərin içki için

Sərin duş kimi içərisində buz olan sərin içkilər də bədənin mərkəzi temperaturunu azaltmağa kömək edir. Alkoqol və kofeinli içki içməyin – bu yuxunu dağıda bilər.

Paltarsız yatın

Belə halda orqanizmə sərinləmək rahat olacaq. Əgər siz paltarsız yata bilmirsinizsə onda yüz faiz pambıqdan olan paltar geyinin. Bu parka dəriyə nəfəs almağa və ondan rütubəti ayırmağa imkan verir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR