Slimfit
  1. DÜNYA

İsrail müdafiə naziri Qəzzanı tamamilə məhv etməklə hədələyib

İsrail müdafiə naziri Qəzzanı tamamilə məhv etməklə hədələyib
Sakura

İsrail müdafiə naziri Qəzzanı tamamilə məhv etməklə hədələyib

İsrailin müdafiə naziri İsrael Kats fələstinliləri girovların azad edilməyəcəyi və HƏMAS-ın anklavdan qovulmayacağı təqdirdə Qəzza zolağını tamamilə dağıdacağı ilə hədələyib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  o, bu barədə qurumun mətbuat xidmətinin yaydığı videomüraciətdə bildirib.

“Bütün israilli girovlar azad edilməsə və HƏMAS Qəzzadan çıxarılmasa, İsrail indiyə qədər görmədiyiniz qüvvələrdən istifadə edəcək. ABŞ Prezidenti Donald Trampın təklifini qəbul edin, girovları geri qaytarın və HƏMAS-ı qovun. İstəyənlər üçün dünyanın başqa yerlərində məskunlaşma da daxil olmaqla, qarşınızda digər imkanlar yarabacaq. Bunun alternativi tamamilə dağıtmaq və məhv etməkdir”, - o deyib.

Bundan əlavə, Kats Qəzza zolağında hərbi əməliyyatların aparıldığı bölgələrdən əhalinin təxliyəsinə tezliklə başlanılacağını açıqlayıb.

“İsrailin HƏMAS terrorçularına qarşı hava zərbələri yalnız ilk addım idi. Davamı daha ağır olacaq, əvəzini tam ödəyəcəksiniz”, - Kats xəbərdarlıq edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR