Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyev: “Ermənistanda rejim dəyişsə də, faşist ideologiyası dəyişmədi”

İlham Əliyev: “Ermənistanda rejim dəyişsə də, faşist ideologiyası dəyişmədi”
Sakura

İlham Əliyev: “Ermənistanda rejim dəyişsə də, faşist ideologiyası dəyişmədi”

Ermənistanda iki il əvvəl hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, bu özünü doğrultmamış dövlətin faşist ideologiyası dəyişməyib. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib. 

“Ermənistanda insan haqları kütləvi halda pozulur. Məhkəmələrə və hakimlərə təzyiq göstərilir, jurnalistlər, siyasi fəallar və müxalif düşüncəli insanlar rejim tərəfindən həbsə atılıb və Ermənistanda diktatura bərqərar olunub. İki sabiq prezidentə qarşı cinayət işləri açılıb. Jurnalist və siyasətçi Mqer Yeqizaryan aclıq aksiyası nəticəsində 2019-cu ilin yanvarında həbsdə vəfat etdi. Amma beynəlxalq təşkilatlar buna göz yumur, halbuki onların vəzifəsi dünyada demokratiyanın və insan haqlarının qorunmasıdır. “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digər qurumlar Ermənistanın despotik rejiminin qəddar addımlarına göz yumub. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər.”. 

İ.Əliyev bildirib ki, Ermənistan işğalına baxmayaraq, Azərbaycan müasir, demokratik dövlət qura bilib. 

“Azərbaycanda bütün azadlıqlar təmin olunub, demokratiya və insan haqları qorunur, vətəndaş cəmiyyəti qurulur. Biz siyasi dialoq təşəbbüsünə bağlamışıq və iri siyasi partiyalar bu təşəbbüsü dəstəklədilər”, - deyə İ.Əliyev qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR