Slimfit
  1. AZƏRBAYCAN

İki rayonda “DOST” mərkəzləri üçün işçi heyətin seçimi aparılıb

İki rayonda “DOST” mərkəzləri üçün işçi heyətin seçimi aparılıb
Sakura

İki rayonda “DOST” mərkəzləri üçün işçi heyətin seçimi aparılıb

 Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması istiqamətində yol xəritəsi əsasında işlər davam edir.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Görülən işlər çərçivəsində “DOST” mərkəzləri üzrə çalışacaq əməkdaşlar üçün onların bilməli olduqları məsələləri, fəaliyyət istiqamətlərini, vəzifə öhdəliklərini, hüquqlarını, məsuliyyətini və s. əhatə edən 25 vəzifə təlimatı da hazırlanıb. Bakıda yaradılacaq və ilkin mərhələdə Yasamal və Səbal rayonlarının əhalisinə xidmət göstərəcək ilk “DOST” mərkəzi üçün işçi heyətinin seçimi prosesi də aparılıb.

“DOST” mərkəzlərində dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması təmin olunacaq.

Eyni zamanda, mərkəzlərdə çalışacaq əməkdaşların fəaliyyətində əsas prinsip müraciət edən vətəndaşlarla mədəni, səmimi, onların məmnun qala biləcəyi nəzakətli davranış tərzinə malik olmaqdır. Vəzifə təlimatlarının hazırlanması və işçi heyətinin seçimində müvafiq bilgi və bacarıqlarla yanaşı, bu cəhətlərə də xüsusi diqqət yetirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR