Honor 10 - gənclər üçün ideal smartfon
Ens.az xəbər verir ki, Honor 10 EISA Avropa Assosiasiyasının fikrincə “ən yaxşı lifestyle-smarton” və “hətta ən tələbkar gənc istifadəçilər üçün ideal cihaz” kimi tanındı. Smartfonun üstünlükləri arasında jüri intellektual fotoçəkiliş sistemini, səhnənin süni intellektin köməyi ilə 500 müxtəlif vəziyyətdə ayarlanmasının qabaqcıl imkanlarını və cihazın xarici görünüşünü seçib. İstehsalçı həmçinin bildirib ki, smartfonun xarici görünüşü üzərində Paris dizayn mərkəzi çalışıb və EISA mükafatını şərh edib.
“Bu hesabla Honor-un EISA-dan aldığı üçüncü mükafat oldu. “Ən yaxşı EISA 2018-2019 lifestyle-smartonu” adı ondan xəbər verir ki, Honor brendi bütün dünya üzrə gənc insanların ürəklərini və ağıllarını fəth etməyi bacarıb, - Honor-un prezidenti Corc Çjao bildirib. - Honor 10 özündə satış rekordlarını qıran inanılmaz populyar flaqman smartfonunu əks etdirir”.
Buraxıldıqdan sonra üç ay ərzində üç milyondan çox Honor 10 satılmışdır. Bu vaxt ərzində qadcet 10 müxtəlif mükafat əldə edib.
“Smartfon artıq sektorun müxtəlif KİV-ləri tərəfindən “Android Headline redaksiya seçimi” və Wired versiyasına əsasən “Orta qiymət kateqoriyasında ən yaxşı smartfon” mükafatları da daxil olmaqla 10-dan çox mükafat əldə edib. O, həmçinin Tech Radar versiyasına əsasən 2018-ci ilin ən yaxşı smartfonu, Android Central versiyasına əsasən 400 dollara qədər ən yaxşı smartfon, həmçinin Pocket-Lint-in 2018-ci il üzrə ən yaxşı smartfonu adını alıb”, - Honor-da bildirilib.
Honor 10-un texniki özəllikləri:
Displey |
IPS, 5,84'', 19:9, 2280x1080, 432 ppi |
Prosessor |
8 nüvəli HiSilicon Kirin 970 (4x 2,4 Qhz, 4 x 1,8 Qhz) |
Video gücləndirici |
Mali-G72 MP12 |
Əməli yaddaş |
4/6 QB |
Məlumatların saxlanması |
64/128 QB UFS 2.0 |
Sim-kartlar və mobil rabitə |
2х nano-SIM, DSDS GSM 850/900/1800/1900 Mhz UMTS 900/2100 Mhz LTE (Cat. 13): 1, 3, 5, 7, 8, 19, 20 |
Simsiz interfeyslər |
Wi-Fi 802.11 b/g/n/ac Bluetooth 4.2 (aptX HD, LE), NFC |
Naviqasiya |
GPS, A-GPS, GLONASS, BeiDou |
Kamera |
Əsas — ikili, 16 Mp (f/1,8)+24 Mp (f/1,8) (fleş, mərhələli avtofokus), ön — 8 Mp |
Sensorlar |
İşıqlandırma, hərəkət, yaxınlaşma ötürücüləri, mikrohiroskop, akselerometr, kompas |
Birləşdiricilər |
Micro-USB Type-C (2.0), mini-jack 3,5 mm |
Akkumulyator |
3400 mA/s, çıxarılmayan |
Ölçülər və çəki |
149,6 х 71,2 х 7,7 mm, 153 qram |
Əməliyyat sistemi |
Android 8.1 Oreo (EMUI 8.1 interfeysi) |
Mənbə: 4pda.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət