Slimfit
  1. AZƏRBAYCAN

Həşərat sancmasına görə 15 min manatlıq sığorta ödənişi

Həşərat sancmasına görə 15 min manatlıq sığorta ödənişi
Sakura

Həşərat sancmasına görə 15 min manatlıq sığorta ödənişi

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin ilk yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirib.

“Atəşgah” Sığorta Şirkətindən Trend-ə verilən məlumata görə, cari ilin ilk altı ayı ərzində səfər sığortası üzrə həyata keçirilən ən yüksək məbləğli sığorta ödənişi 57 748,56 azn təşkil edib. Sığorta olunan Türkiyədə səfərinin son günü avtomobil qəzası nəticəsində ağır xəsarət alıb. Hadisə nəticəsində zərərçəkmiş şəxsin tibbi xərcləri “Atəşgah” SŞ tərəfindən qarşılanıb.

“Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrə həyata keçirilən növbəti ödəniş 15 643,96 azn olub. Sığorta olunan ABŞ-ın Texas ştatında qırmızı odlu qarışqa sancması nəticəsində yaranan allergik reaksiya səbəbilə tibb müəssəsinə aparılıb və tibbi xərcləri sığortaçı tərəfindən ödənilib.

“Atəşgah” SŞ-nin 2018-ci ilin birinci yarimilliyi üzrə səfər sığortası üzrə həyata keçirdiyi digər ödəniş 15 259 azn təşkil edib. Sığorta olunan şəxsin İrlandiya Respublikasında səyahətdə olarkən yaranmış qastroentereloji şikayətlər səbəbilə stasionar müalicə zamanı bütün tibbi xərcləri sığortaçı tərəfindən ödənilib.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat alıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR