Dərc edildi: Baxış sayı: 730
Hərbçilərin pensiya təyinatı avtomatlaşdırılır - RƏSMİ
Hərbi qulluqçuların və ailə başçısını itirməyə görə pensiyaların təyinatının avtomatlaşdırılması məsələsi tezliklə həll ediləcək.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.
Onun sözlərinə görə, pensiyaların böyük hissəsi elektronlaşdırılıb:
“Çox cüzi qalıb. Onlar da hərbi qulluqçular və ailə başçısını itirməyə görə pensiyalardır. Bu pensiyaların da təyinatının avtomatlaşdırılması layihələrdə var. Bu məsələlər də tezliklə həllediləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət