Dərc edildi: Baxış sayı: 817
Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək
UFC yarışlarının yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov karyerasının sonu haqda söhbət açdı.
“Gazeta.ru” xəbər verir ki, o daha 3-4 döyüşdən sonra karyerasını bitirə bilər.
“Atam mənə deyir ki, onun fiziki formasının ən yüksək nöqtəsi 32-33 yaşında olub. Bundan sonra eniş gedir. O deyir ki, mənim hələ aktiv iki ilim var. İndi məşq etmək və intizamı pozmamaq lazımdı. Azı 3-4 döyüş keçirməliyəm. Qalibiyyətlərimin sayını 30-a çatdırmalıyam”, - deyə Həbib bildirib.
Qeyd edək ki, 28 qələbəsi olan dağıstanlı döyüşçünün iki gündən sonra 31 yaşı tamam olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət