Dərc edildi: Baxış sayı: 560
Gürcüstanın baş naziri “Bakı-2019”da iştirak edəcək idmançılarla görüşüb
Gürcüstanın Baş naziri Mamuka Baxtadze “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Milli Olimpiya Komitəsində təşkil olunan görüşdə hökumət başçısı gənc idmançılara uğurlar arzulayıb.
Tədbirdə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili də iştirak edib.
Qeyd edək ki, Gürcüstanı iyulun 20-dən 28-dək keçiriləcək “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında 6 idman növü üzrə 36 idmançı təmsil edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət