Dərc edildi: Baxış sayı: 245
Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 20-yə çatıb
Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 20-yə çatıb
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Gürcüstanın Raça yüksək dağlıq bölgəsindəki Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Qeyd edək ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.
Mənbə: TASS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət