Slimfit
  1. DÜNYA

Gürcüstanda buraxılış imtahanları tam ləğv edilib

Gürcüstanda buraxılış imtahanları tam ləğv edilib
Sakura

Gürcüstanda buraxılış imtahanları tam ləğv edilib

“Gürcüstanda bu il 12-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilməyəcək”.

Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, təhsil sistemində islahatların həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biridir: “Təhsil, Elm, Mədəniyyət və İdman Nazirlyi 2019-cu ildə attestat imtahanlarının yalnız 11-ci sinif şagirdləri üçün ləğv olunması barədə qərar qəbul edib. Bu prinsipial olaraq düzgün yanaşmadır və məsələ ilə bağlı məsləhətləşmələr aparıldı. Nəticədə buraxılış imtahanlarının həm 11, həm də 12-ci sinif şagirdləri üçün ləğv olunması haqqında qərar qəbul edildi”.

Qeyd edək ki, bu yaxınlarda təqdim olunmuş təhsil sisteminin yeni modelinə əsasən, 2019-cu ildə ictimai məktəblərdə buraxılış imtahanlarının ləğvi yalnız 11-ci sinif şagirdlərinə şamil olunacaqdı. 12-ci sinif şagirdlərinin bu imtahanlardan azad edilməməsi cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR