Slimfit
  1. MƏDƏNİYYƏT

Gürcüstanda azərbaycanlı dramaturqun əsəri səhnələşdiriləcək

Gürcüstanda azərbaycanlı dramaturqun əsəri səhnələşdiriləcək
Sakura

Gürcüstanda azərbaycanlı dramaturqun əsəri səhnələşdiriləcək

Gürcüstan Mədəniyyət Nazirliyi Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri" əsəri əsasında tamaşa hazırlayacaq. Tamaşa Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü ilə səhnələşdiriləcək.

Muzeyin direktor müavini Leyla Əliyeva AZƏRTAC-a müsahibəsində deyib ki, “Lənkəran xanının vəziri” əsəri tanınmış Gürcüstan yazıçısı və tərcüməçisi Akaki Tsereteli tərəfindən 1870-ci ildə gürcü dilinə tərcümə olunub. Əsərə səhnə həyatı verilməsində əsas məqsəd Azərbaycan mədəniyyətini təbliğ etmək, eyni zamanda, Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrə töhfə verməkdir. Tamaşa gürcü aktyorlarının iştirakı ilə hazırlanır.

L.Əliyevanın sözlərinə görə, Gürcüstan Mədəniyyət Nazirliyi Azərbaycan yazıçılarının daha bir neçə əsərini səhnələşdirmək niyyətindədir. Eyni zamanda, gürcü yazarların da Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinin səhnələşdirilməsi planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR