Slimfit
  1. DÜNYA

Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq “donuz qripi”nə yoluxdu

Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq “donuz qripi”nə yoluxdu
Sakura

Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq “donuz qripi”nə yoluxdu

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.

Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.

Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi”ndən 17 nəfər ölüb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR