Slimfit
  1. MARAQLI

Geyimlərdəki ləkələri təmizləməyin yolları

Geyimlərdəki ləkələri təmizləməyin yolları
Sakura

Geyimlərdəki ləkələri təmizləməyin yolları

Bəzən ən sevdiyimiz köynəyin, şalvarın, yaxud paltarın üstünə elə bir ləkə düşür ki, onu təmizləyə bilməyəcəyimizi düşünürük. Ancaq ən çətin ləkələri belə, təmizləməyin bəzi yolları var. Ailem.az  sizə ən çətin təmizlənən ləkələrin öhdəsindən asanlıqla gəlmək üçün faydalı məsləhətlər verir.

Ot ləkəsi

1 litr su ilə bir yemək qaşığı sulu ammonyakı qarışdırın. Bu qarışımla ləkəni isladın,  süngər, ya da bezlə ovun.

Mürəkkəb ləkəsi

Pambığa spirt töküb yavaşça ləkəni ovalayın. Ayrıca eyni miqdarda sulu ammonyak və etil spirti qarışdıraraq, ləkəni ovalaya bilərsiniz.

Yağ ləkəsi

Ləkə yeni yarandısa, üzərinə 2-3 qat salfet qoyun. Ləkə çıxana qədər geyiminizi ütüləyin.

Pomada ləkəsi

Ləkələnən geyimin üzərinə salfet qoyub tərs üzünə çevirin. Çevirdiyiniz tərəfdə ləkənin üzerinə spirt tökün və silin. Daha yaxşı nəticə almaq üçün arabir salfetləri dəyişin.

Dırnaq boyası ləkəsi

Ləkələnən tərəfi tərs çevirin və pambığın üzərinə aseton tökərək ləkə çıxana qədər ovun

Meyvə şirəsi ləkəsi

Bu vasitə bütün meyvə ləkələrini çıxarmasa da, əksəriyyətində təsirlidir. Bir az pambığa sirkə tökün və ləkənin üzərinə basın. Daha sonra geyimi soyuq su ilə durulayın. Digər vasitə isə yeni yaranmış ləkəyə duz tökün. Beləliklə, artıq nəm əmiləcək və ləkənin yayılmasının qarşısı alınacaq. Ardından isti su ilə yuya bilərsiniz.

Qan ləkəsi

Qan ləkəsini aparmaq üçün ləkəyə sulu ammonyak əlavə edib, 10-15 dəqiqə gözləyin. Əgər hələ də ləkə varsa, sabunla yuyun.

Şokolad ləkəsi

Əgər ləkə yenidirsə, üzərinə duz töküb isti suda yuyun. Köhnə ləkələrdə isə eyni miqdarda sirkə və spirt istifadə edin.

Tər ləkəsi

1 çay qaşığı qab yuyan vasitə, 3-4 çay qaşığı oksigenli su və 2 çay qaşığı mineral suyu qarışdırın. Qarışımı ləkənin üzərinə tökün, bir az gözlədikdən sonra su ilə yuyun.

Həmçinin tər ləkəsini çıxarmaq üçün isti su ilə sirkə də istifadə edə bilərsiniz.

Palçıq ləkəsi

Çirklənən paltarınızı isti suya qoyub, ona qab yuyan vasitə və sirkə tökün. Bir az gözlədikdən sonra isti su ilə durulayın.

Pivə ləkəsi

Suya qliserin, ammonyak və etil spirti tökün və ləkənin üzərinə sürtün. 

 

Mənbə: Aile.lent.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR