Slimfit
  1. AZƏRBAYCAN

"Gənclik Mall"un qarşısında taksilər üçün xüsusi məntəqələr yaradılıb

"Gənclik Mall"un qarşısında taksilər üçün xüsusi məntəqələr yaradılıb
Sakura

"Gənclik Mall"un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib

"Gənclik Mall"un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bunu etməkdə əsas məqsədimiz ilk növbədə piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqla hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.

Digər məqsəd isə qeyd edilən ərazidə nəqliyyat vasitələrinin xüsusən də taksi minik avtomobillərinin dayanma durma qaydalarına zidd saxlanılmasının qarşısını almaqdır. F.Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma durma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılmaqdadır.

Qeyd edim ki, ərazidə taksi minik avtomobillərinin dayanması üçün xüsusi məntəqələr təşkil edilib.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR